Türkiyənin Ədirnə şəhərində poçt göyərçinlərinin iştirak etdiyi "Qızıl Kubok Final Yarışması" keçirilib.
Hafta.az-ın yazdığına görə, Karaağaç rayonunda təşkil edilən tədbirə Türkiyə, Rumıniya, Almaniya, Belçika və Hollandiyadan 429 göyərçin qatılıb.
İştirakçılar quşlarının gəlməsini gözləyərkən zaman-zaman “Göyərçin uçdu” xalq mahnısını ifa edərək vaxt keçiriblər.
Final yarışmasında İstanbuldan qatılan Tayfun Çağlayandərənin ev göyərçini 505 kilometr məsafəni 9 saatda uçaraq birinci olub. Göyərçin Bolunun Gerədə rayonundan buraxılıb və 505 kilometr məsafə qət edərək Karaağaca çatıb.
Qalibə qızıl kəmər və 300 min lirə mükafat verilərkən, qalib gələn göyərçinlərin sahiblərinə də kubok və pul mükafatları təqdim edilib.
Ədirnənin Bələdiyyə Başçısı Rəcəb Gürkan və CXP Ədirnə Vilayət başçısı Səməd Kahraman təşkilata qatılanları təbrik edib. Tədbiri təşkil edən Cəsur Pakarda beynəlxalq yarışı hər il təşkil etməkdən xoşbəxt olduqlarını bildirərək, əməyi keçənlərə minnətdarlığını bildirib.